Bazar , Yanvar 17 2021
Home / Hərbi / Hərbçilərimiz Qarabağda minatəmizləmə fəaliyyətlərini davam etdirirlər – Türkiyə MN

Hərbçilərimiz Qarabağda minatəmizləmə fəaliyyətlərini davam etdirirlər – Türkiyə MN

Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Ermənistan ordusunun yerləşdirdiyi minalar öz ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu tərəfindən təmizlənir.

MEDİAKTİV.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir: “Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə qruplarından 136 nəfər də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib”.

Qeyd edilir ki, Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda minatəmizləmə fəaliyyətlərini davam etdirirlər.

Həmçinin oxuyun

ANAMA: Vətən müharibəsi başlayandan indiyədək 4 546 ədəd piyada əleyhinə mina aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Vətən müharibəsi başladığı gündən (27 sentyabr …