Cümə axşamı , Avqust 13 2020
Home / Hərbi / Naxçıvanda döyüş atışlı və atışsız taktiki təlimlər davam edir

Naxçıvanda döyüş atışlı və atışsız taktiki təlimlər davam edir

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir.

MediAktiv.az NAXCİVANXEBERLERİ.COM-a istinadən xəbər verir ki, Ordunun mətbuat xidmətindən bildirilib ki, taktiki təlimlərə motoatıcı və tank bölmələri ilə yanaşı, hərtərəfli təminatın təşkili üzrə digər bölmələr də cəlb edilib.

Təlimə cəlb edilmiş bölmələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

Tabor, divizion döyüş atışlı və atışsız təlimlərində əsas diqqət bölmələrin səhra vərdişlərinin yüksəldilməsinə, müasir ümumqoşun döyüşünün hazırlanıb aparılmasına və təlimdə iştirak edən digər qoşun növlərinin bölmələri ilə qarşılıqlı əlaqənin yaradılmasına yönəldilib.

Döyüş atışlı taktiki təlimlərdə bütün silah növlərinin, eləcə də tank və piyadanın döyüş maşınlarının atəşi ilə hədəflər məhv edilib.

Təlimlərdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılır.

Təlimə cəlb edilən şəxsi heyətin arxa təminatının təşkili məqsədi ilə tabor və divizionların maddi-texniki təminat məntəqələrinə vasitələrin çatdırılması təminedici birləşmə və hissələrin bölmələri tərəfindən icra edilib.

Həmçinin oxuyun

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları …