Çərşənbə , Aprel 14 2021
Home / Hadisə / Bakıda bədbəxt hadisə

Bakıda bədbəxt hadisə

Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb.

MEDİAKTİV.AZ Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Badamdar şossesi ilə Parlament prospektinin kəsişməsində olan piyada keçidinin pilləkənlərində təxminən 50-55 yaşlı kişi yıxılaraq kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hadisənin dəqiq təfərrüatları araşdırılır.

 

Həmçinin oxuyun

İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

Yerli vaxtla saat 09:46-da İran ərazisində zəlzələ qeydə alınıb.Zəlzələlərin tədqiqatı bürosundan MEDIAKTIV.AZ-a verilən məlumata görə, …