Şənbə , Dekabr 14 2019
Home / Hadisə / Bakıda qara paltarlı adam mağazaya 3500 manatlıq ziyan vurdu

Bakıda qara paltarlı adam mağazaya 3500 manatlıq ziyan vurdu

Gecə vaxtı Bakıda oğurluq hadisəsi baş verib.

Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” massivində qeydə alınıb.

MediAktiv.Az big,az-a istinadən xəbər verir ki, mağaza sahibi Trend-ə bildirib ki, qarətçi mağazaya səhər saat 5 radələrində daxil olaraq əlindəki küt alətlə qıfılı qırıb və 3500 manatlıq mal oğurlayıb:

“Oğurluq baş verən gün 2500 manatlıq mal gəlmişdi və hamısı bağlamada olub. Qarətçi içəri daxil olub həmin bağlamanı və vitrində olan mallardan bir neçəsini aparıb. Oğurluqla bağlı artıq polisə də məlumat vermişik”.

Mağazanın xanım sahibi bildirib ki, son bir həftədə həmin ərazidə artıq ikinci oğurluq hadisəsidir.

Həmçinin oxuyun

Xalq artisti xəstəxanaya yerləşdirilib – FOTO

Xalq artisti Ceyran Haşımova ürəyində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. MediAktiv.Az xəbər verir ki, hazırda …