Cümə , Aprel 23 2021
Home / Hadisə / Bakıda sərnişin avtobusu piyadanı vurdu

Bakıda sərnişin avtobusu piyadanı vurdu

Bakının mərkəzi küçəsində sərnişin avtobusu piyadanı vurub.

Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın “Beşmərtəbə” adlanan ərazisində baş verib.

Məlumata görə, 65 nömrəli sərnişin avtobusu qadağan olunmuş yerdən yolu keçmək istəyən 20-25 yaşlı oğlanı vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

Yerli vaxtla saat 09:46-da İran ərazisində zəlzələ qeydə alınıb.Zəlzələlərin tədqiqatı bürosundan MEDIAKTIV.AZ-a verilən məlumata görə, …