Bazar , Sentyabr 22 2019
Home / Hadisə / Hərbçilər qəzaya düşdü

Hərbçilər qəzaya düşdü

Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya düşüb.

MEDİAKTİV.AZ News.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər yerli vaxtla 08:30-da, Vanadzor-Dilican avtomobil yolunda baş verib.

Məlumata əsasən,“Ford” markalı avtomobil yolun hərəkət olan hissəsindən çıxaraq elektrik dirəyinə çırpılıb, daha sonra kənd evlərindən birinin həyətinə diyirlənib.

Yaralıların Vanadzorun hərbi hospitalına yerləşdirildikləri bildirilir.

Sürücünün vəziyyəti orta ağır, sərnişinin vəziyyəti ağır qiymətləndirilir.

 

Həmçinin oxuyun

On gün hamamdan çıxa bilməyən qadın ölüb

Almaniyada hamam otağında vannaya yıxılan və oradan on gün ərzində çıxa bilməyən qadın ölüb. Bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir