Şənbə , May 8 2021
Home / Hadisə / İsmayıllıda dəhşətli qəza: 7 nəfər öldü

İsmayıllıda dəhşətli qəza: 7 nəfər öldü

Fövqəladə Hallar Nazirliyi İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məlumat yayıb.

Mediaktiv.az APA-ya istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

Həmçinin oxuyun

İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

Yerli vaxtla saat 09:46-da İran ərazisində zəlzələ qeydə alınıb.Zəlzələlərin tədqiqatı bürosundan MEDIAKTIV.AZ-a verilən məlumata görə, …