Bazar ertəsi , İyul 26 2021
Home / hava / Havanın temperaturu 7 dərəcəyədək enəcək – XƏBƏRDARLIQ

Havanın temperaturu 7 dərəcəyədək enəcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

MediAktiv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Əvvəlcə şimal və şərq bölgələrində, 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Həmçinin oxuyun

Temperatur yüksəlir – Sabah 37 dərəcəyədək isti olacaq

Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən MEDIAKTIV.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında …