Çərşənbə , Yanvar 20 2021
Home / hava / Havanın yağıntılı keçməsi payızlıq əkinlər üçün əlverişlidir – Nazirlik

Havanın yağıntılı keçməsi payızlıq əkinlər üçün əlverişlidir – Nazirlik

Son günlər havanın yağıntılı keçməsi kənd təsərrüfatında payızlıq əkinlər üçün əlverişlidir.

MediAktiv.az-xəbər verir ki, bunu  açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudov deyib.

O bildirib ki, payızlıq əkindən sonra yağıntıların çox olması toxumun inkişafını sürətləndirir:

“Azərbaycanda hazırda bir milyon hektardan çox payızlıq əkin həyata keçirilməkdədir. Payızlıq əkinin inkişafı üçün isə yağış vacibdir. Artıq ölkədə 600 min hektara yaxın taxıl əkilib. Əkilən sahələr yağışla suvarıldı. Bu da bu il məhsuldarlığın bol olacağına zəmin yaradır”.

Həmçinin oxuyun

Sabah Azərbaycanda qış fəsli başlayır

Dekabr ayının 21-i Bakı vaxtı il saat 14:02-də Yer kürəsinin şimal yarımkürəsində qış fəsli başlayacaq. …