Bazar ertəsi , Oktyabr 18 2021
Home / hava / Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

MediAktiv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Temperatur yüksəlir – Sabah 37 dərəcəyədək isti olacaq

Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən MEDIAKTIV.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında …