Bazar , Sentyabr 26 2021
Home / hava / Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

MediAktiv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.

Həmçinin oxuyun

Temperatur yüksəlir – Sabah 37 dərəcəyədək isti olacaq

Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən MEDIAKTIV.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında …