Bazar ertəsi , Mart 1 2021
Home / İdman / Əmir Ağayev Azərbaycan millisinin toplanışında iştirak etməyəcək

Əmir Ağayev Azərbaycan millisinin toplanışında iştirak etməyəcək

Azərbaycan millisi daha bir itki ilə üzləşib.

Mediaktiv.az saytının məlumatına görə, müxtəlif səbəblərdən yığmadan kənarda qalan Dmitri Nazarov və Eddi İsrafilovun ardından Əmir Ağayev də komandanın toplanışına qatılmayacaq.

Buna səbəb israilli legionerin vətəndaşlığını dəyişməsi ilə bağlı yubanmadır. AFFA hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FİFA-ya müraciət ünvanlayıb.

Beynəlxalq futbol qurumunun müvafiq komissiyasında hazırda məsələyə baxılır. Bu üzdən AFFA ilə FİFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.

Komandamız Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburq və 8-də Kiprlə keçirəcəyi oyunların hazırlığına dünən start verib. Yekun qərarın verilməməsi üzündən Əmir yığmamızın artıq start götürən təlim-məşq toplanışına qatılmayacaq.

Həmçinin oxuyun

Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər …