“Neftçi”nin yeni transferi Zdenek Folprext klubun rəsmi saytına açıqlama verib. O, Azərbaycana gəlməmişdən öncə “Neftçi” haqqında məlumat topladığını deyib: “Bilirəm ki, zəngin tarixi olan bir komandanın üzvüyəm. Qarşımızda konkret məqsədlər var. “Neftçi” çempionatın daha yüksək pillələrində qərarlaşmalıdır. Hamımız bunu istəyirik. Üstəlik, ölkə kubokunda da mübarizəmizi davam etdiririk”.
Folprext “Neftçi”yə daha tez uyğunlaşaraq, komandada uzun müddət qalmaq istədiyini də əlavə edib: “Komandada mənimlə yanaşı, bir neçə yeni futbolçu var. Çalışırıq ki, uyğunlaşma dövrünü mümkün qədər tez keçək. Hər şey yaxşı olsa, burada daha uzun müddətə qalıb oynamaq istəyərəm”.
Qeyd edək ki, Zdenek Folprext “Neftçi”yə mövsümün sonunadək icarəyə verilib.