Cümə , May 29 2020
Home / İdman / 2016-nın ən çox qazananları

2016-nın ən çox qazananları

“Forbes” jurnalı 2016-cı ildə dünyanın ən çox qazanan idmançılarının adlarını açıqlayıb. Siyahı tərtib olunarkən əmək haqqları, bonuslar və reklamdan gələn gəlirlər əsas götürülüb.

   Reytinqdə 1-ci yeri Real Madridin futbolçusu Cristiano Ronaldo tutub. Portuqaliyalı superstar ötən il 88 milyon dollar (56 milyon klubdan+32 milyon reklamdan) qazanıb.

    Barcelonanın ulduzu Lionel Messi siyahıda 2-ci yeri tutur. Argentinalı futbolçunun gəliri 81,4 milyon dollar (53,4+28) olub.

   Basketbolçu LeBron James 77,2 milyon dollar qazanc əldə edib. Onun gəlirinin böyük hissəsi – 54 milyon reklamdandır.

     Tennisçi Roger Federer 67,8 milyon, digər basketbolçu Kevin Dürant isə 65,2 milyon dollara sahib olub.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …