Şənbə , Fevral 27 2021
Home / İdman / 2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı

2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı

2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli oldu.

MEDIAKTIV.AZ “Transfermarkt.de” saytına istinadən xəbər verir ki, ilk pillədə İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu yer alıb.

35 yaşlı portuqaliyalı hücumçu il ərzində penaltidən 17 qol vurub. İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Brunu Fernandeş 15 qolla ikinci, İtaliya “Latsio”sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb.

İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi 2020-ci ildə penaltidən 9 dəfə fərqlənib. Argentinalı oyunçu bu göstəricəyə görə 5-9-cu pillələri bölüşdürür.

Həmçinin oxuyun

Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər …