Çərşənbə axşamı , May 26 2020
Home / İdman / AFFA-nın Apelyasiya Arbitraj Tribunalı “Zirə”nin hər iki müraciətini rədd etdi

AFFA-nın Apelyasiya Arbitraj Tribunalı “Zirə”nin hər iki müraciətini rədd etdi

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib. 

MediAktiv.az -ın məlumatına görə, toplantıda 2 qərar qəbul olunub. 

1. “Zirə” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin.

2. AFFA İntizam Komitəsinin 18 fevral 2020-ci il tarixli qərarı ilə 15 fevral 2020-ci il tarixində, Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynovun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun cəzalandırılması, klubun 3200 (üç min iki yüz) manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …