Cümə , Noyabr 15 2019
Home / İdman / Akrobatlarımız Avropa çempionatında medal qazanıb

Akrobatlarımız Avropa çempionatında medal qazanıb

İsrailin Holon şəhərində start götürmüş akrobatika gimnastikası üzrə Avropa çempionatı gimnastlarımız üçün uğurlu başlayıb.

Mediaktiv.az xəbər verir ki, gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıb. 

Balans hərəkətləri proqramında hakimlərdən 28 xal alan gimnastlarımız fəxri kürsünün III pilləsinə yüksəlib. I və II yerləri müvafiq olaraq Böyük Britaniya (28.750) və Rusiya (28.600) gimnastları tutub.

Qeyd edək ki, bugündən etibarən yarışlara böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız da qoşulacaq. Çempionat noyabrın üçü yekunlaşacaq.

Həmçinin oxuyun

Teymur Rəcəbov FIDE Qran-Prisinə heç-heçə ilə başladı

Hamburqda FIDE Qran-Prisinin üçüncü mərhələsinin səkkizdəbir final oyunları keçirilib. AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil …