Çərşənbə axşamı , May 26 2020
Home / İdman / Altı yaşlı gimnastımız beynəlxalq turnirdə ilk medalını qazandı – FOTO

Altı yaşlı gimnastımız beynəlxalq turnirdə ilk medalını qazandı – FOTO

Macarıstanın Budapeşt şəhərində ənənəvi “Bahar kuboku-2020” bədii gimnastika üzrə beynəlxalq turniri keçirilib.

Trend-in məlumatına görə, Macarıstan, Rusiya, Avstriya, Xorvatiya, Almaniya, Slovakiya, Kipr, Ukrayna və Sloveniyanın iştirak etdiyi bu yarışmada Azərbaycanı təmsil edən idmançıların sırasında yarışın ən kiçik iştirakçısı Dəniz Abbasovanın debütu diqqət çəkib.

2014-cü il təvəllüdlü gimnastlar arasında üçüncü yerə layiq görülən azyaşlı təmsilçimiz bu yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı və milli ornamentlərlə zəngin idman geyimində qatılıb.Balaca həmyerlilərimiz – Mina və Dəniz Abbasovalar, əkiz bacılar – Əsmər və Sofiya Seyidovalar ümumilikdə turnirdə üç qızıl, iki gümüş, bir bürünc medal qazanıblar.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …