La Liqanın 18-ci həftəsində Barcelona Camp Nouda Las Palması qəbul edib. Kataloniya komandası qonaqları darmadağın edərək yola salıb. Vilarealla heç-heçənin acığın çıxan Barcelona rəqibinin qapısından 5 cavabsız top keçirməyi bacarıb.
Neymarın yerinə 11-də başlayan Arda Turan da 1 qolla komandasına dəstək olub. Barcelonada qələbə qollarını 14 və 57-də Suarez, 52-də Messi, 59-da Arda Turan və 80-ci dəqiqədə Aleix Vidal atıb.
Barcelona xalını 38 edərkən , Las Palmas 24 xalda qalıb.