Bazar , Sentyabr 20 2020
Home / İdman / AVRO-2020: İngiltərə millisinin nümayəndələri Bakıda – FOTOLAR

AVRO-2020: İngiltərə millisinin nümayəndələri Bakıda – FOTOLAR

Futbol üzrə İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olub.

MediAktiv.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandanın meneceri Stüart Braun, səyahət meneceri Kelli Braun, mühafizə xidmətinin rəhbəri Toni Conniford və mühafizə xidmətinin əməkdaşı Stiv Lüisdən ibarət olan nümayəndə heyətinin səfəri otel və stadionlara baxış məqsədi daşıyıb. İngiltərə millisinin təmsilçiləri “Hilton” otelinə, Bakı Olimpiya Stadionuna, “Bakcell Arena”ya və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar. İki günlük səfər bu gün yekunlaşıb. 

Xatırladaq ki, “AVRO-2020″nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.

Ötən həftə Hollandiya milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər etmişdilər.

Həmçinin oxuyun

Azərbaycanın güləş yığmaları dünya çempionatına hazırlaşır

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığmaları hazırlıq prosesini davam etdirir. MediAktiv.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına …