Şənbə , Dekabr 14 2019
Home / İdman / Avroliqada bizim gecəmiz!

Avroliqada bizim gecəmiz!

Azərbaycanlı futbolsevərlərin diqqəti ilk olaraq “Dalğa Arena”ya yönəlib. Çempionatda 4-cü yeri tutan və bunun sayəsində Avropa Liqasına yolu açılan “Zirə” avrokuboklarda debüt matçına çıxıb.

 

Əslində, paytaxt təmsilçisi ötən mövsümdə də Avroliqaya vəsiqə qazanmışdı. Amma həmin vaxt klubun fəaliyyət müddəti 3 ili əhatə etmədiyindən, Azərbaycan çempionatının “gümüş”ünü təmin edən komanda avrokuboklara buraxılmamışdı. Bu mənada, bakılılar üçün oyun böyük önəm kəsb edirdi.

 

“Zirə” debüt matçındaca azarkeşləri sevindirmək niyyətindəydi. Lüksemburq təmsilçisi – o qədər də güclü olmayan “Differdanj” önündə bu missiyanın yerinə yetiriləcəyi isə real görünürdü.

 

İlk yarıda klubunun Avropadakı ilk qolunun müəllifi kimi adını tarixə yazdıran Qadze hesabı açıbsa, fasilədən sonra da Abbasovun yetirmələri fəal görünüb. 80-ci dəqiqədə baxımlı baş zərbəsiylə hesab arasındakı fərqi artıran Belfort komandasının üstünlüyünü möhkəmlədib. Beləliklə, “qartallar” ilk dueldə qol buraxmadan qələbə qazanaraq məqsədinə çatıb.

“Zirə”nin uğuruna sevinən azərbaycanlı azarkeşlər ardından “Mladost” – “İnter” matçına diqqət ayırıb.

 

Zaur Svanadzenin komandasının avrokubok təcrübəsi ümid verirdi. 65 yaşlı “Mladost”un ciddi uğurunun olmaması təmsilçimiz adına üstünlük sayılırdı.

 

İlk yarıda rumın müdafiəçi Adrian Skarlatake stadiona toplaşan yerli tərəfdarları 2 dəfə məyus edib. Hesabı açan arxa xətt oyunçusu fasiləyə yaxın Rauf Əliyevə qarşı qayda pozuntusuna görə təyin edilən cərimə zərbəsindən uğurla yararlanaraq dublunu rəsmiləşdirib. İkinci yarıda isə Əliyevin özü hesabı darmadağın həddinə çatdırıb. Bu nəticəylə cavab matçını formallığa çevirən bakılılar Serbiya təmsilçisinin mərhələ adlamaq arzusunu böyük ehtimalla, gözündə qoyub.

Həmçinin oxuyun

Türkiyəli futbolçu dünya gündəmində: Rekord qıran paylaşım – FOTO

“Yuventus”un türk futbolçusu Merih Demiralın Çempionlar liqasında “Bayer”lə (Leverkuzen) qarşılaşmada nümayiş etdirdiyi oyun sosial şəbəkələrdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir