Cümə axşamı , Yanvar 14 2021
Home / İdman / Avropa çempionatı: Cüdoçumuz finala yüksəldi

Avropa çempionatı: Cüdoçumuz finala yüksəldi

Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

MediAktiv.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Serbiya təmsilçisi Straxinya Bunçiçlə üz-üzə gəlib.

Qarşılaşmadan ipponla qalib ayrılan Səfərov finala yüksəlib və ən azı gümüş medalı təmin edib. Cüdoçu finalda İsrail təmsilçisi Fliker Tal ilə qarşılaşacaq.

Həmçinin oxuyun

2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı

2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli oldu. MEDIAKTIV.AZ “Transfermarkt.de” saytına istinadən …