Çərşənbə , Fevral 19 2020
Home / İdman / Azərbaycan futzal millisi bu gün dünya çempionatının elit-raundunda ilk görüşünü keçirəcək

Azərbaycan futzal millisi bu gün dünya çempionatının elit-raundunda ilk görüşünü keçirəcək

Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirəcək.

MediAktiv.az– ın məlumatına görə, rəqib Xorvatiya yığması olacaq. Osiek şəhərindəki “Qradski vrt Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Görüşü italiyalı hakimlər – Angelo Galante, Nicola Manzione və Alessandro Malfer idarə edəcəklər.C qrupunda bu komandalardan başqa Rusiya və Slovakiya yığmaları da yer alıb. Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. Qrupları ikinci pillədə başa vuranlar isə “pley-off”da üz-üzə gələcəklər. Mundial 12 sentyabr – 4 oktyabrda Litvada təşkil olunacaq.

Həmçinin oxuyun

Azərbaycan karateçisi: “Hər dəfə yuxuda olimpiya çempionu olduğumu görürəm”

“Reytinq xallarına əsasən olimpiadaya lisenziyanı təmin etmişdim. Bəlkə də bu, qızıl yox, bürünc medal qazanmağıma …