Çərşənbə , Sentyabr 16 2020
Home / İdman / Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər.

MediAktiv.az  bu barədə Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir.

Azərbaycanı “Flame” (Alov) komandası təmsil edəcək.

Cari ilin iyulunda keçirilməli olan EUROGYM gimnastika festivalı 4-8 iyul tarixlərinə təxirə salınıb.

Məlumatda bildirilir ki, EUROGYM Gala-da Azərbaycan nümayəndələri ilə birlikdə Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, İslandiya, İtaliya, Norveç, Portuqaliya, İsveçrə, Slovakiya və İsveçdən olan gimnastlar da iştirak edəcəklər.

Festival üçün yaş həddi 18-in əvəzinə 19-a qaldırılacaq və bütün qeydə alınan gimnastların iştirak etmələrinə imkan yaradılacaq.

Həmçinin bildirilir ki, festivalda iştirak üçün rekord sayda – 37 ölkə müraciət edib.

Həmçinin oxuyun

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək – FOTO

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət …