Şənbə , May 8 2021
Home / İdman / Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək

Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək

Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında 20 iyul – Beynəlxalq Şahmat Gününə həsr edilən onlayn turnir keçiriləcək. 

Azərbaycan Şahmat Federasiyasından MediAktiv.az-a verilən məlumata görə, yarışda hər ölkədən 10 şahmatçı mübarizə aparacaq.

Ölkəmizi turnirdə Günay Məmmədzadə, Günay Məmmədova, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcək.

Turnir 21 iyulda start götürəcək və 3 gün davam edəcək.

Ümumilikdə 20 turdan ibarət olacaq turnir Dövlət Neft Şirkəti – SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat Federasiyalarının təşkilatçılığıyla baş tutacaq.

Həmçinin oxuyun

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri məlum oldu

Mayın 5-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib. MEDIAKTIV.AZ-ın …