Bazar , Yanvar 17 2021
Home / İdman / Azərbaycanın 4 güləşçisi olimpiya çəkiləri üzrə yeni reytinq siyahısında

Azərbaycanın 4 güləşçisi olimpiya çəkiləri üzrə yeni reytinq siyahısında

Dünya Güləş Birliyi (UWW) olimpiya çəkiləri üzrə yeni reytinq siyahısını açıqlayıb. 

MediAktiv.az-ın məlumatına görə, Azərbaycanın sərbəst güləş yığmasının iki üzvü öz çəkilərində ilk “10-luq”da yer alıb.

Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (97 kq) 40 xalla 3-cü yerdədir. Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.

Yunan-Roma güləşçilərindən yalnız Avropa çempionu Sənan Süleymanov (77 kq) ilk “10-luğ”a düşüb. O, 22 xalla 9-cudur. 

Qadın güləşçilərdən də yalnız Mariya Stadnik (50 kq) ilk “10-luq”da yer alıb. Dünya və Avropa çempionu 60 xalla ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, reytinq sıralaması dünya çempionatı və ondan sonra keçirilən mühim turnirlərin nəticələrinə əsasən formalaşıb.

Həmçinin oxuyun

2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı

2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli oldu. MEDIAKTIV.AZ “Transfermarkt.de” saytına istinadən …