Cümə axşamı , İyun 4 2020
Home / İdman / Azərbaycanın yeddi klubu 800 manat cərimələndi

Azərbaycanın yeddi klubu 800 manat cərimələndi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının IV turunda baş verən hadisələr müzakirə olunub.

Mediaktiv.az xəbər verir ki, “Sumqayıt” – “Zirə” matçında hər iki komandanın bəzi rəsmiləri “A” buraxılışından istifadə etmədiyinə görə klublar 800 manat cərimə olunub.

“Sabah” – “Qəbələ” və “Keşlə” – “Səbail” görüşlərində bütün komandaların dörd futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün bu dörd klub 800 manat cərimə ödəyəcək.

“Qarabağ” – “Neftçi” matçında “Qarabağ”ın rəsmi şəxsləri “A” buraxılışından istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub.

Qeyd edək ki, bu, “Qarabağ”ın ikinci belə cəzasıdır.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …