Çərşənbə , Oktyabr 23 2019
Home / İdman / Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisindən tarixi nəticə

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisindən tarixi nəticə

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub.

MediAktiv.Az xəbər verir ki, millimiz tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb.

1/8 finalda Tayvan, 1/4 finalda isə Avstraliya yığmalarına inamla qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Dramatik keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən (48 kq-da Səbinə Əliyeva Darya Zaxarovanı məğlub edib – S.M.) Azərbaycan komandası tarixində ilk dəfə olaraq finala çıxıb. 

Həlledici qarşılaşmada Yaponiya cüdoçularına 1:4 hesabıyla uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində II yeri tutub.

Qeyd edək ki, fərdi yarışlarda cüdoçularımız dünya çempionatının bir gümüş və bir bürünc medal qazanmışdı.

Həmçinin oxuyun

Ronaldu, Mbappe, Aquero “Qızıl top”a namizəddirlər, Messi bu siyahıda yoxdur

“France Football” jurnalı “Qızıl top”a namizədlərin adını açıqlayıb. İlk beşlikdə “Liverpul”un hücumçusu Sadio Mane, “Mançester …