Şənbə , Oktyabr 24 2020
Home / İdman / Barçaya gün var işıq yoxdu!

Barçaya gün var işıq yoxdu!

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

İspaniyanın “Barselona” klubu səfərdə İtaliyanın “Yuventus” komandasının qonağı olub.

Matç italiyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Dibala dubla imza atıb. Argentinalı futbolçu 7 və 22-ci dəqiqələrdə fərqlənib. Kataloniyalıların qapısından üçüncü topu isə müdafiəçi Corcio Kyellini keçirib.

Cavab qarşılaşması aprelin 19-da keçiriləcək.

Xatırladaq ki, “Barselona” 1/8 final mərhələsinin ilk oyununda Fransanın PSJ komandasına 4:0 hesabı ilə uduzmuşdu. Lakin cavab qarşılaşmasında Luis Enrikenin yetirmələri rəqibini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlamışdılar.

İndi çoxlarını bir sual maraqlandırır: “Barselona”  yeni bir möcüzə daha yarada biləcəkmi?

Həmçinin oxuyun

Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. MediAktiv.az-ın məlumatına görə, qrup mərhələsinin birinci turunun …