Cümə , May 29 2020
Home / İdman / Barcelona tarix yazdı

Barcelona tarix yazdı

    UEFA Çempionlar liqası 1/4 finalında Barcelona tarixi bir geri dönüşə imza ataraq 1/4 finala adını yazdırdı. 4-0 itirdiyi ilk matçın revanşında doğma meydanda PSG’ni 90 + 5. dəqiqədə Sergi Roberto’nun qoluyla 6-1 məğlub edən Barcelona turu keçən tərəf oldu…

    Çempionlar Liqası 2. tur revanş matçında Barcelona, sahəsində PSG’nin 6-1 məğlub etdi və cəmdə 6-5’lik hesabla 1/4 finala yüksəldi. Barcelona, Çempionlar Liqası tarixində ilk matçını dörd fərqlə məğlub olub turu keçən ilk komanda oldu…

    UEFA Çempionlar Liqası Son 16 Turu matçında Katalan qrupu Barcelona, Camp Nouda Fransız təmsilçisi PSG’ni qonaq etdi. Matça çox sürətli başlayan Barcelona 3. dəqiqədə Suarezin qoluyla 1-0 önə keçdi. 40. dəqiqədə Kurzawa’nın öz qapısına atdığı qolla fərqi 2-yə çıxaran Katalan qrupu soyunma otağına 2-0 qabaqda getdi. İkinci hissədə təzyiqli futbolunu davam etdirən Barcelona 50. dəqiqədə Messinin penalti qolu ilə fərqi 3-ə çıxardı. 62. dəqiqədə PSG, Cavani ilə hesabı 3-1-ə gətirdi. 88. dəqiqədə Neymar’ın qolu fərqi təkrar 3-ə çıxararkən, Braziliyalı oyunçu 90. dəqiqədə penaltidən atdığı qolla hesabı 5-1 etdi. 90 + 5. dəqiqədə Sərgi Roberto’nun qoluyla Barcelona meydandan 6-1 qalib ayrıldı və ilk matçda 4-0 məğlub olduğu rəqibini ələyərək adını 1/4 finala yazdırdı.

    Digər tərəfdən Türkiyənin milli futbolçusu Arda Turan, 65. dəqiqədə Iniestanın yerinə oyuna daxil oldu və müvəffəqiyyətli bir oyun ortaya qoydu.

Bu matçın qollarını sizlərə təqdim edirik:

[embedyt] http://www.youtube.com/watch?v=gEjc3UY9RLM[/embedyt]

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …