Bazar , Sentyabr 22 2019
Home / İdman / Beşiktaş coşdu! -Aguero…

Beşiktaş coşdu! -Aguero…

Pepeni heyətinə qatan “Beşiktaş” daha bir dünya ulduzuna elçi düşüb. İstanbul klubu Pep Qvardiolanın gəlişindən sonra əsas heyətdəki yerini itirən Serxio Agueronu heyətinə qatmaq istəyir.

Məlumata görə, argentinalı ulduzun transfer qiyməti yüksək olduğunudan “Beşiktaş” onu icarəyə götürməyə çalışır. İstanbul klubu artıq bununla bağlı “Mançester Siti”yə müraciət edib.

Qeyd edək ki, “Mançester Siti” Agueronu 2011-ci ildə “Atletiko”dan 36 milyon avroya transfer edib. Hazırda “Transfermarkt”ın 65 milyon avro qiymət qoyduğu argentinalı ulduz ötən mövsüm 45 rəsmi oyuna çıxıb və 33 qol vurub.

Həmçinin oxuyun

“Qəbələ”nin müdafiəçisi: “Yarış cədvəlində bundan da yuxarı yeri tutacağıq”

“Qələbə də qazana bilərdik. Hesabda öndə idik. Fikrimcə, son yarım saatda konsentrasiyamız itdi, komandada zəifləmə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir