“Beşiktaş” klubu Türkiyə milli komandasının və “Trabzonspor”un hücumçusu Burak Yılmazı transfer edib.
Mediaktiv Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 33 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Cari mövsümdə “Trabzonspor”un heyətində 7 oyunda 5 qol vuran hücumçu yeni klubunda ildə 2,5 milyon avro qazanacaq.
B.Yılmaz son dəfə İstanbul komandasına 2006-cı ildə “Antalyaspor”dan keçib. Lakin o, 2007-2008-ci il mövsümünün ortasında “Manisaspor”a icarəyə verilib. Həmin il müqavilə ilə məxsus olduğu “Beşiktaş”dan ayrılan B.Yılmaz sonralar Türkiyənin “Fənərbağça”, “Qalatasaray” və “Trabzonspor” komandalarında futbolçu karyerasını davam etdirib. Təcrübəli futbolçu bir müddət Çinin “Beytszin Qoan” klubunun da formasını geyinib.
