Şənbə , Sentyabr 21 2019
Home / İdman / “Beşiktaş”ın izi ilə gedəcəyik”

“Beşiktaş”ın izi ilə gedəcəyik”

“Müsəlmən və qardaş komandanın Çempionlar Liqasında əla çıxış etməsi bütün Azərbaycan xalqını sevindirir”.
Bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

Ağdam klubunun Çempionlar Liqasının V turunda “Çelsi” ilə matçını (0:4) izləməyə gələn “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş qarşılaşmadan əvvəl Qurbanovla görüş keçirmişdi. Cütlük arasında olan söhbət Türkiyə mətbuatında yayımlanıb. Görüş zamanı Azərbaycan çempionunun çalışdırıcısı həmkarına və onun komandasına tərif yağdırıb: “Azərbaycanda hər kəs sizin haqqınızda danışır. Həm klub, həm də baş məşqçi kimi sizi örnək götürürük və belə də davam edəcəyik. Türk məşqçinin uğuru qürurumuzu oxşadı. Sizə təşəkkür edirik. “Beşiktaş”ı qardaş klub seçib, onun izi ilə gedəcəyik. İnşallah, gələcəkdə biz də sizin kimi uğur qazanacağıq”.

Günəş həmkarına cavabında “Qarabağ”ın doğru yolda olduğunu deyib: “İnkişaf etməkdə olan futbol ölkəsi üçün böyük uğur əldə etdiniz. Çempionlar Liqasına düşmək səbir tələb edir. Biz də bu yerə səbirlə gəlmişik. Bir türk kimi, qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurluyuq. Əlimizdən gələn qədər hər cür köməyə hazırıq. Planlı və proqramlı çalışaraq, daha yaxşı yerlərə gələcəyinizə əminəm”.

Görüş zamanı “Qarabağ” rəhbərliyinin qısa müddətdə İstanbula gedərək, “Beşiktaş”ın bazası və futbolçu heyəti haqqında geniş məlumat alması qərarlaşdırılıb. Həmçinin tərəflər qeyri-adi hadisə baş verməsə, qış fasiləsində yoldaşlıq görüşü keçirmək üçün anlaşıblar.

Qeyd edək ki, “Beşiktaş” Çempionlar Liqasının G qrupunda son tur öncəsi növbəti mərhələyə vəsiqəni lider kimi əldə edib.Apasport.az

Həmçinin oxuyun

“Mançester Yunayted”in sabiq hücumçusu karyerasını bitirdiyini açıqladı

Bolqarıstan millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Dimitar Berbatov karyerasını bitirib.  Mediaktiv.az xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir