Şənbə , Sentyabr 19 2020
Home / İdman / Çempionlar Liqası: 1/4 final cütləri məlum oldu

Çempionlar Liqası: 1/4 final cütləri məlum oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

MediAktiv.az-ın məlumatına görə, gecənin son cavab görüşlərində “Bavariya” Almaniyada İngiltərənin “Çelsi”, “Barselona” isə İspaniyada İtaliyanın “Napoli” komandasını qəbul edib. Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. 

“Bavariya” ilk matçda 3:0 hesabı ilə yendiyi “Çelsi”ni yenə böyük hesabla məğlub edib – 4:1.

Qalib komandadan hesabı 10-cu dəqiqədə penaltidən Robert Levandovski açıb. 24-cü dəqiqədə İvan Perişiç ikinci qolu vurub. “Zadəganlar”dan Temi Abraham 44-cü dəqiqədə fərqi azaltsa da, 76-cı dəqiqədə Korenten Tolisso yenidən fərqi 2 topa çatdırıb. 84-cü dəqiqədə isə Levandovski dubl edərək, yekun nəticəni müəyyənləşdirib. 

İlk matçda səfərdə “Napoli” ilə 1:1 hesablı heç-heçəyə razılaşmış “Barselona” isə “Nou Kamp”da inamlı qələbəyə imza atıb – 3:1.

İlk qolu 10-cu dəqiqədə Kataloniya komandasından Kleman Lanqle vurub. 23-cü dəqiqədə Lionel Messi, 45+1-ci dəqiqədə Luis Suares fərqi artırıb. İtaliya təmsilçisi 45+1-ci dəqiqədə Lorentso İnsinyenin dəqiq penalti zərbəsi ilə təsəlli tapıb. 

Beləliklə, 1/4 finalda qarşılaşacaqlar:

12 avqust: “Atalanta” (İtaliya) – PSJ (Fransa)
13 avqust: “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya) 
14 avqust: “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
15 avqust: “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)
 
Oyunlar “8-lər finalı” formatında Portuqaliyada keçiriləcək. 

Həmçinin oxuyun

Mixael Şumaxerin son durumu açıqlandı

İsveçrəli neyrocərrah Erik Riderer “Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin durumu barədə danışıb.  MediAktiv.az-ın məlumatına …