Cümə , Aprel 23 2021
Home / İdman / Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli oldu

Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

MEDİAKTİV.AZ-ın məlumatına görə, bu ada İngiltərə “Çelsi”sindən Olivye Jiru, Almaniya “Bavariya”sında Robert Levandovski, İspaniya “Real Madrid”indən Ferlan Mendi və İngiltərə “Mançester Siti”sindən Joau Kanselu iddia edir.

Jiru İspaniyada “Atletiko”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda, Levandovski İtaliyada “Latsio”nu 4:1 məğlub etdikləri görüşdə fərqlənib. Mendi isə İtaliyada “Atalanta”nı yendikləri görüşdə yeganə qolun müəllifi olub.

Kanselu Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasına qarşı 2:0 hesablı qələbə qazandıqları qarşılaşmada 95 faiz dəqiq ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Həmçinin oxuyun

Avropa Superliqası fəaliyyətini dayandırdı – Bəyanat

Bir neçə gün 12 top klubun elan etdiyi Avropa Superliqası fəaliyyətini dayandırdığını bildirib. MEDIAKTIV.AZ-ın məlumatına …