Şənbə , Sentyabr 21 2019
Home / İdman / Çempionlar Liqası Ronaldoyla bir başqa gözəl!

Çempionlar Liqası Ronaldoyla bir başqa gözəl!

Çempionlar liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Real” doğma meydanda “Bavariya”nı qəbul edib.

Maraqlı və gərgin keçən görüşün əsas vaxtı 1:2 hesabı ilə bitsə də, ilk oyunun nəticəsinə (2:1) görə əlavə vaxt oynanılıb. Burda isə “Real” daha 3 qol vuraraq yarımfinala vəsiqə qazanıb. Ünmumilikdə vurulan 4 qoldan 3-nə məhz komandanın superulduzu Kristiano Ronaldo imza atıb. Yəni, “het-trik” edən portuqaliyalı futbolçu qələbədə böyük pay sahibi olub.

Qeyd edək ki, bu oyunla Kriştiano Ronaldo Çempionlar Liqasında daha bir rekorda imza atıb.

Portuqaliyalı “ulduz” Avropanın ən nüfuzlu klub turnirində 100 qol həddini keçən ilk futbolçu kimi tarixə düşüb.

Ronaldo “Bavariya” ilə oyunda “het-trik” edərək, aktivindəki qolları 101-ə çatdırıb. O, ötən həftə “Bavariya”nın qapısına iki qol vurmuşdu.

Xatırladaq ki, Ronaldo 18 dəfə İngiltərənin “Mançester Yunayted” klubunun heyətində çıxış edərkən fərqlənib.

Həmçinin oxuyun

Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatını medalsız başa vuran Hacı Əliyev bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir