Cümə axşamı , Sentyabr 17 2020
Home / İdman / Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsverməyə başlayıb. 

MediAktiv.az xəbər verir ki, bu ada İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Kayl Uolker, İtaliya “Yuventus”unun hücumçusu Kriştianu Ronaldu, İspaniya “Barselona”sının forvardı Lionel Messi və Almaniya “Bavariya”sının ön xətt oyunçusu Robert Levandovski iddialıdır. 

Uolker “Real Madrid”lə cavab görüşündə (2:1) bir dəfə top alıb və 85 faiz dəqiq ötürmə verib. Ronaldu Fransa “Lion”u ilə qarşılaşmada (2:1) dubl edib. Messi İtaliya “Napoli” ilə matçda (3:1) qol vurub və penalti qazanıb. Levandovski isə “Çelsi” ilə oyunda (4:1) 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, 1/4 finalda “Atalanta” (İtaliya) – PSJ (Fransa), “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya), “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) və “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) görüşləri keçiriləcək. Oyunlar “8-lər finalı” formatında Portuqaliyada təşkil olunacaq.

Həmçinin oxuyun

Dünyanın ən çox qazanan futbolçusu müəyyənləşdi

“Forbes” jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb. MediAktiv.az xəbər verir ki, reytinqə …