Şənbə , Sentyabr 21 2019
Home / İdman / Çempionlar Liqasında möhtəşəm gecə – Ronaldo şov!

Çempionlar Liqasında möhtəşəm gecə – Ronaldo şov!

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

İkinci oyun günündə daha 3 qarşılaşma keçirilib.

Günün ilk matçı Dortmundda oynanılıb. “Borussiya” – “Monako” görüşü aprelin 11-i keçirilməli olsa da, meydan sahiblərini oyuna aparan avtobusun yaxınlığında baş vermiş 3 partlayış səbəbindən görüş saxlanılmışdı.Təxirə salınan matçda  “Monako” 3:2 hesabı ilə qalib gəlib.

Əsas diqqətlər Münhenə yönəlib. “Bavariya” öz meydanında “Real”ı qəbul edib. Erkən final adlandırılan görüşdə qonaqlar qalib gəlib – 2:1.

Madriddə keçirilən matçda isə “Atletiko” “Lester”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma İspaniya klubunun qələbəsi ilə yekinlaşıb – 1:0.


Çempionlar Liqası

1/4 final, ilk oyunlar

12 aprel

22:45. “Bavariya” (Almaniya) – “Real” (Madrid, İspaniya) – 1:2
Qol:
Arturo Vidal, 25 (1:0), Ronaldo, 47 (1:1), 77 (1:2)

22:45. “Atletiko” (Madrid, İspaniya) – “Lester” (İngiltərə) – 1:0
Qol:
Qrizmann, 28-pen.

20:45. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) – 2:3
Qol:
Mbappe, 19 (0:1), Bender, 35-avtoqol (0:2), Dembele, 57 (1:2), Mbappe, 79 (1:3), Kaqava, 84 (2:3)

Həmçinin oxuyun

Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatını medalsız başa vuran Hacı Əliyev bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir