Bazar , May 31 2020
Home / İdman / “Cimbom”da Arda səsləri

“Cimbom”da Arda səsləri

Galatasaray, “Barselona”da forma geyən keçmiş oyunçusu Arda Turanı heyətinə qaytarmaq üçün hərəkətə keçib. Məlumata görə, “cimbom”un menecerləri Arda Turanı icarəyə götürmək üçün İspaniyaya yollanıb. Lakin türkiyəli futbol mütəxəssisləri hesab edir ki, “Galatasaray”ın bu arzusunun gerçəkləşməsi olduqca çətindir. Çünki Arda Turan “Barselona”da çox az oynasa da, aldığı maaş çox yüksəkdir və türk klubunun o qədər pulu oyunçuya ödəyə bilməsi hardasa mümkün deyil. Bununla belə, “Galatasaray” rəhbərliyi transferi həyata keçirə bilmək üçün sona qədər çalışacaqlarını açıqlayıb. Qeyd edək ki, Arda Turan ispan klubundan illik 4 milyon dollar maaş alır.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …