Cümə , Aprel 10 2020
Home / İdman / Cimbomdan sağ cinaha “Super Maria”no

Cimbomdan sağ cinaha “Super Maria”no

“Galatasaray” heyətinə daha bir əcnəbi futbolçu qatır. İstanbul nəhəngi “Sevilya”dan Marianonun transferini razılaşdırıb.

Məlumata görə, “Galatasaray” bu transferə görə İspaniya klubuna 4,4 milyon avro ödəyəcək. 3 illik müqavilə imzalayacaq Mariano ildə 2,2 milyon avro maaş alacaq. Braziliyalı sağ cinah müdafiəçisinin cümə günü İstanbula gələrək rəsmi müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Mariano 2015-ci ildə “Bordo”dan “Sevilya”ya 3,5 milyon avroya transfer olunub. “Transfermarkt” hazırda ona 8 milyon avro qiymət qoyub. O, ötən mövsüm “Sevilya”nın heyətində 43 rəsmi oyuna çıxıb. Vətənində “Quarani”, “İpatinqa”, “Tombense”, “Kruzeyro”, “Atletiko” və “Fluminense” klublarında oynayan futbolçu ilk dəfə 2010-cu ildə Braziliya millisinə çağırılıb və Paraqvayla matçda debüt edib.

Həmçinin oxuyun

UEFA prezidenti: “Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır”

“Oyunları azarkeşsiz keçirmək və TV-də yayımlamaq daha yaxşıdır. Bu, insanların ehtiyac duyduğu və istədiyi şeydir, …