Cümə axşamı , May 13 2021
Home / İdman / Daha bir cüdo zalının açılışı oldu

Daha bir cüdo zalının açılışı oldu

Qobu yaşayış kompleksinin ərazisində yeni cüdo zalının açılışı olub.

MediAktiv.az  Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, tədbirdə çıxış edən ACF rəsmiləri dövlətimizin idmana göstərdiyi diqqət və qayğıdan danışıblar.

Natiqlər bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan idmanındakı ümumi inkişafdan, ölkəmizin Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilməsindən, eləcə də respublikamızın son dövrlər beynəlxalq aləmdə qazandığı etimad sayəsində tez-tez mötəbər idman tədbirlərinə ev sahibliyi etməsindən söhbət açıblar. Federasiya rəsmiləri ölkə idmanının qazandığı uğurlarda cüdoçularımızın böyük rol oynadığını xüsusi vurğulayıb və yeni zalın açılışı münasibətilə yeniyetmə cüdoçuları təbrik edərək onlara uğurlar diləyiblər.

Sonra əməkdar məşqçi Hacıağa Hacıəhmədov, Paralimpimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyev, cüdo üzrə milli komandamızın üzvləri Rüstəm Orucov, Orxan Səfərov, Məmmədəli Mehdiyev, Hidayət Heydərov ürək sözlərini bildiriblər. Ölkəmizdə daim yaxşı, adlı-sanlı idmançıların yetişdiyini diqqətə çatdıran çıxışçılar bu ənənənin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə inandıqlarını söyləyiblər və yeni zalın açılışına, eləcə də yaradılan yüksək şəraitə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda yeniyetmə cüdoçulara federasiya tərəfindən cüdoqilər təqdim olunub.

Həmçinin oxuyun

2022-ci ilin “Dakar” ralli-marafonu keçiriləcək yer açıqlanıb

2022-ci ildə “Dakar” ralli-marafonu 2-14 yanvar tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək. MEDIAKTIV.AZ TASS-a istinadən xəbər verir ki, …