Bazar ertəsi , Oktyabr 18 2021
Home / İdman / “Dinamo”nun futbolçusu oyunda ağır zədə aldı

“Dinamo”nun futbolçusu oyunda ağır zədə aldı

Buxarest “Dinamo”sunun futbolçusu Slavko Peroviç Rumıniya çempionatında XXV turun “Styaua” ilə oyunu zamanı sifətindən güclü zərbə alıb.

MediAktiv.az -ın məlumatına görə, 31 yaşlı hücumçuya zərbəni rəqib müdafiəçi Yulian Krıstya endirib. 

Bu səbəbdən, Krıstya qırmızı vərəqə alıb. Huşunu itirən Peroviç isə dərhal xəstəxanaya çatdırılıb. 

“Dinamo”nun həkimi təcrübəli forvardın durumuna yaxın iki gün ərzində aydınlıq gələcəyini bildirib: “Belə zədələr boks və ya MMA görüşləri üçün xarakterikdir”.

Qeyd edək ki, 2:1 hesabı ilə qalib gələn “Dinamo” xalını 34-ə çatdırıb və 8-ci pilləyə qalxıb. Lakin klub medallar və avrokuboklara vəsiqə uğrunda mübarizənin getdiyi ilk “6-lıq”dan 6 xal geri qalır. “Styaua” isə 43 xalla 3-cüdür.

Həmçinin oxuyun

Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində Levon Aronyanla heç-heçə edib

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” …