Çərşənbə axşamı , Oktyabr 15 2019
Home / İdman / Dino Ndlovu “Qarabağ”dan ayrıla bilər

Dino Ndlovu “Qarabağ”dan ayrıla bilər

“Qarabağ”ın Cənubi Afrika Respublikasından olan hücumçusu Dino Ndlovu ilə bağlı yeni transfer iddiası ortaya atılıb. “Goal.com”un yaydığı xəbərə görə, Çinin “Hançjou Qrintaun” klubu Ağdam klubunun oyunçusunun xidmətində maraqlıdı.

Bildirilib ki, hazırda iki klub arasında danışıqlar gedir. Çin klubunun 27 yaşlı forvard üçün 1 milyon avro ödəməyə hazır olduğu yazılıb.

Sayt konfidensial mənbəsinə istinadən iddia edib ki, Ndlovu özü də Çin klubuna keçməkdə istəklidi. Buna əsas səbəb maliyyə şərtləridi. Ndlovunun “Hançjou Qrintaun”a keçidinin bütün tərəflər üçün xeyirli olacağı qeyd olunub.

Ndlovunun bu mövsüm Çempionlar Liqasındakı çıxışı ilə Çin klubunun diqqətini çəkdiyi bildirilib. Buna qədər Rumıniya “ÇFR Kluj”unun da onun xidmətində maraqlı olduğu deylirdi.

Qeyd edək ki, Dino 2016-cı ildən “Qarabağ”da çıxış edir. Onun müdaviləsi gələn ilin yayında bitəcək.

Həmçinin oxuyun

Həbib Nurməhəmmədov növbəti rəqibini açıqladı

UFC üzrə yüngül çəkidə mütləq çempion Həbib Nurməhəmmədovun növbəti rəqibinin adı bəlli olub.  TASS xəbər verir …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir