Çərşənbə , Oktyabr 23 2019
Home / İdman / Doha qaçış üzrə dünya çempionunun “nəfəsini kəsdi”

Doha qaçış üzrə dünya çempionunun “nəfəsini kəsdi”

Dohada keçirilən yüngül atletika üzrə Dünya Çempionatında  50 km məsafəyə yeriş üzrə 2017-ci ilin dünya çempionu Yohan Diniz distansiyadan çıxıb.

Fransalı idmançı cəmi 16 km-dən sonra mübarizəni dayandırmaq qərarına gəlib. O, yarış zamanı isə iki dəfə dayanıb, sonra yenidən yeriməyə davam edib.

Diniz bildirib ki, titulunu qorumağı planlaşdırırdı, lakin Qətərin iqlim şəraiti onun “başına oyun açdı”.

“Qısa zamanda nəfəsim kəsilməyə başladı, bu cür şəraitdə 50 kilometr getmək mümkün deyildi. Məyus olmuşam, bu il mənim üçün itirildi”, – deyə atlet AFR-ə müsahibəsində bildirib.

Həmçinin oxuyun

Ronaldu, Mbappe, Aquero “Qızıl top”a namizəddirlər, Messi bu siyahıda yoxdur

“France Football” jurnalı “Qızıl top”a namizədlərin adını açıqlayıb. İlk beşlikdə “Liverpul”un hücumçusu Sadio Mane, “Mançester …