Cümə , Sentyabr 18 2020
Home / İdman / Dünya Kuboku pandemiyaya görə ləğv olundu

Dünya Kuboku pandemiyaya görə ləğv olundu

Sinqapurda keçirilməsi planlaşdırılan üzgüçülük üzrə Dünya Kuboku ləğv olunub.

MediAktiv.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyasının yaratdığı qadağalar və məhdudiyyətlər səbəb olub.

Qurumun yaydığı açıqlamada bildirilib ki, qərar Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) ilə məsləhətləşmədən sonra qəbul olunub: “Yarışa 6 000-dən çox tamaşaçı və fərqli ölkələrdən 200-ə yaxın üzgüçü qatılır. Pandemiya ilə bağlı hazırkı vəziyyət kütləvi tədbirləri qadağan edir və səyahətlərə məhdudiyyət qoyur. Ona görə də yarışın bu il keçirilməsi mümkünsüzdür. Əsas prioritet insanların sağlamlığıdır”.

Qeyd edək ki, yarış 4 – 6 sentyabrda keçirilməli idi. 

Həmçinin oxuyun

Dünyanın ən çox qazanan futbolçusu müəyyənləşdi

“Forbes” jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb. MediAktiv.az xəbər verir ki, reytinqə …