Cümə , İyun 5 2020
Home / İdman / “Finalın Naxçıvandan başqa şəhərə keçirilməsi mümkün deyil”

“Finalın Naxçıvandan başqa şəhərə keçirilməsi mümkün deyil”

     Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mayın 5-də keçiriləcək Azərbaycan kubokunun final oyununun məkanının dəyişdirilməsi ilə əlaqədar hər iki klubun azarkeşlərinin xahişinə münasibət bildirib.

     Qol.az saytına açıqlamasında o deyib ki, PFL bu qərarı azarkeşlərə problem yaratmaq üçün bilərəkdən qəbul etməyib:

    “Mənim həm “Qarabağ”, həm də “Qəbələ” azarkeşlərinə böyük hörmətim var. Onların narahatlığını da başa düşürəm. Amma bildiyiniz kimi, mayın 12-də Bakıda İslam Həmrəyliyi Oyunları başlayır. Bununla əlaqədar mayın 4-dən isə Bakıdakı stadionlar yarışın təşkilat komitəsinin tabeçiliyinə keçir. Bu səbəbdən biz final matçının Naxçıvanda keçirilməsinə qərar vermişik”.

   “Bəs finalın Azərbaycanın başqa şəhərində, məsələn, Lənkəranda keçirilməsi mümkündürmü” sualına cavabında R.Musayev deyib ki, Lənkəran stadionunun ot örtüyü finalı qəbul etməyə imkan vermir: “Hazırda başqa stadionların ot örtüyü normal deyil. Naxçıvanda isə bununla bağlı işlər aparılıb və finala kimi meydança yaxşı vəziyyətə gətiriləcək”.

     R.Musayev bildiririb ki, finalın Naxçıvandan başqa şəhərə keçirilməsi mümkün deyil.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …