Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / İdman / Fubolda “ulduz” termini

Fubolda “ulduz” termini

Lap əzəldən insanlar ulduzlara böyük maraq göstərib və gecələr göylərdə gördüklərinə çatmaq istəyib. Bəzi qəbilələrdə isə hətta ulduzları və ona oxşar fiqurları divarladan yazıb, özünün qürur mənbəyi kimi təqdim edib. Futbolda da eynidir. Klublar öz formalarında emblemlər və loqolarının üstünə neçə dəfə çempion olduqlarını şərəflə gösərmək üçün ulduzlar qoyurlar. Hər ölkənin isə öz qaydaları var. Bu dəfəki yazıda məhz klubları bu “ulduz aşiqliyi” haqda söhbət açılacaq və hansı ölkədə hansı qaydalar olduğunu görəcəyik.

Milli komandalar üçün olan ümumi qaydalar sadədir: bir dəfə Dünya kubokunu qazandıqda milli emblemanın üstünə bir ulduz yapışdıra bilər. Bunu ilk dəfə 1971-ci ildə Braziliya millisi etdi. Onların üç ulduzu fəth, sahibolma və Jul Rimeni simvolize etdi. Almaniya isə yalnız 1996-cı ildə ulduzlardan istifadə etməyə başladı. İspaniya çempion olduqdan bir gün sonra artıq ulduz millinin formasında görsəndi.

Diqqətli və təcrübəli futbol azarkeşi sual verər: “Bəs, nə üçün Uruqvay millisində 4 ulduz var, baxmayaraq ki, onlar yalnız iki dəfə Dünya Çempionu olublar?” Deməli, həmin o iki ekstra udluz 1924 və 1928-ci illərdə Olimpiya Oyunlarını qazandıqları üçün və o zaman FIFA-nın bu titulları Dünya Çempionluğu ilə bir tutulduğu üçün iki Dünya Kuboku (1930 və 1950) ulduzlarına əlavə edilib.

 

“Kalçio”da, yəni İtaliyada əvvəllər də olub, indi də bir qayda var. 1958-ci ildə “Yunevtus” 10-cu “skudetto”sunu qazananda emblemin üstünə bir ulduz qoydu. O vaxtdan bəri də qəbul olundu ki, hər 10 çempioluğa bir ulduz veriləcək. Bu gün yalnız üç klubun ulduzu var: üç dənə “Yuve”də, “İnter” və “Milan”da isə hərəyə bir dənə. “Cenoa”nın da bir ulduzu var, amma bu, yalnız bir dəfə çempion olduğu üçün 1930-cu ildə emblemin üstünə qoyulub.

Almaniyada sistem daha qəliz və ola bilər qeyri-məntiqlidir. Almanlar deyirlər ki, Heqel öz işlərini elə yolla görüb ki, heç kim anlamayıb. “Bundesliqa”da da eyni ideya ulduzverilmə sistemində görülür. Qaydalara əsasən, üç çempionluq qazanan bir ulduz, beş çempionluq qazanan iki uldu, on çempionluq qazanan üç ulduz və iyirmi çempionluq qazanan dörd ulduz “qazanır”. Bəs, beş ulduz? Heç vaxt. Limit yalnız dörd ulduzdür. Niyə? Çünki latın aforizmi demişkən “Dura Lex sed Lex”(qanun sərt olsa da, bununla belə o, qanundur) və bu, artıq Almaniyada rəsmi olaraq təsdiqlənib. Çempionluqlar isə “Bundesliqa”nın 1963-cü ildə yaranmasından bəri qəbul olunur. Bu qaydalara görə, “Bayern Münhen”in dörd, Dortmund və Münhenqladbahdan olan “Borussiya”ların isə hərəsinin iki ulduzu var. “Verder Bremen”, “Hamburq”, “Ştutqart”ın hərəyə bir ulduzu görsənir.

Digər top-5 ölkələri çempioatlarında ya italyan sistemi işləyir, ya da ümumiyyətlə belə bir qayda yoxur. İngiltərə, Fransa, İspaniyada “ulduz xəstəliyi”nə rast gəlmək olmur. Bununla belə, “Olimpik Marsel” 1993-cü ildə Çempionlar Liqasını qazandığı üçün bunun şərəfinə loqosuna bir ulduz qoydu, amma UEFA bu cür şeyləri qəbul etmir.

Daha kiçik liqalarda, məsələn, Yunanıstan və ya Türkiyədə italyan sistemi hökm sürür biraz dəyişiklik etməklə: Türkiyədə hər beş çempionluğa bir ulduz verilir. Şotlandiyada “Reyncers”in 54 çümpionluğuna beş ulduzu var.

Digər ölkələrə baxsaq, Braziliyada hər komanda özü qaydasını tədbiq edir. Sistem yoxdur və hər komanda bunda azaddır. Məsələn, “Qremio”nun üç ulduzu var: birincisi Porto Alleqrenin ulduzu və 1970-ci il Dünya Çempionu Everaldo Markez da Silvanın şərəfinə, ikincisi 1983 və 1995-cü illərdə qazanılan “Kopa Libertadores”in şərəfiə, üçüncüsü isə qazandıqları ölkə çempionluqları şərəfinə. “Sao Paulo”nu beş ulduzu var: üçü qırmızı, ikisi qızılı. Qırmızı olanlar onları Dünya Kuboklarını göstərir (1992, 1993 və 2005), qızılı olanlar isə Adhemar Ferreira Da Silvanın şərəfinədir. Kimdir Adhemar? O, heç futbolçu deyil, lakin doğma şəhərindən çıxmış bu atlet ikiqat Olimpiya Çempionudur və məhz çoxsahəli idman klubu olan “Sao Paulo”da idmançı kimi püxtələşib.

Argentinada sistem sadədir. Hər rəsmi çempionluğa, kuboka, Libertadores və s. bir ulduz verilir. Belə də, bir komandanın 50-dən çox ulduzunu formaya vurmaq ehtimalı ola bilər, buna görə də onların hamısını formaya yapışdırmaq məcburi deyil. “River Pleyt” yalnız iki ulduz istifadə edir – biri iki çempionluğa görə, Digəri isə CONMEBOL və COPA SUDAMERİCANA kuboklarına görə. Əzəli rəqib “Boxa Xuniors” isə ulduzları loqonun üstünə deyil.. içinə salır. Klubun daxili qaydasına əsasən, loqonun üst hissəsində daxili çempionluqların sayına, alt hissəsində isə beynəlxalq kubokların sayına uyğun ulduzlar var. Hələ ki orada 52 ulduzu saymaq olar.

Offside.com.az

Həmçinin oxuyun

Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində Levon Aronyanla heç-heçə edib

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” …