Bazar ertəsi , İyul 6 2020
Home / İdman / Futbolun günümüzdəki yeri və önəmi

Futbolun günümüzdəki yeri və önəmi

    Futbolun günümüzdəki yeri və önəmi mübahisə olunmazdır. Bir qarşıd və təzadlar oyunu olması səbəbiylə həm oynayanı , həm də izləyəni yeni bir ruh halına, həyəcana və zövqə daşımış, həmişə fərqli sevilmişdir. Bir çoxumuzun içində topa vurma sövqü var əslində. Yolda yeriyərkən bizə doğru gələn bir topa doğru hərəkətlənmək, yerdə olan qapağa vurmaq, balacaykən corablarımızdan istifadə edərək hazırladığımız qeyri-mükəmməl toplarımızı çiləmək cəhdlərimiz və.s… Bunlar futbola olan sevgini göstərən, görünməyənlərdi bəlkə? Dünyanın bir çox ölkəsində xalqın gündəminin əsas motivi yenə də futboldur.Sadece meydanda deyil meydandan kənarda da rəqabət mühitində olan, ən çox müzakirə edilən oyundur Futbol. Belə məqamda ağla Futbol haqda bir çox kitabların və məqalələrin müəllifi olan Britaniyalı yazar Simon Kuperin sözləri yada düşür: “Futbol əsla sadece futbol deyildir” Bəs görəsən Simon Kuper haqlıdırmı? yoxsa futbol sadece futboldurmu? Digər takım oyunlarına görə onu sevdirən, populyar edən futbol oynamaq üçün lazım olan materialların asan tapılabilməsi deyilmi sizcə? iki daş, bir top və oyunun zövqünü dadmaq isteyen bir neçə adam. İngiltərədə zəngin bir London küçəsində top oynayan uşaqla, Cənubi Afrikada kasıb bir Keyp Town küçəsində top oynayan uşağın bircə ortaq nöqtəsi vardır ki, bu da futboldan, futbol oynamaqdan aldıqları zövqdür. Bəs o, 22 adamın topun arxasıca qaçmasıdırmı? təbii ki, yox. İzləmə zövqu yaradan, anlayanın ən balaca bir nüansından bele zövq alabiləcəyi ,yaxşı bir onbirliyin 90 dəqiqə necə işbirliyi sərgiləyəbildiyinin böyüdülərək örnəklənəbiləcəyi bir idmandır Futbol. Və ən əsası futbol sadece ayaqla oynanan oyunda deyil, “beyindən ən uzaq olan orqanlaımız olan ,ayaqlarla oynanan bir idmandır”. Bu ise futbolun fiziki və zehni mübarizənin vəhdəti olduğunu göstərir. Son olaraq fərqli baxislarimiz , umumilesdirici fikrlərimiz olsada mənə görə futbol ,onlarla problemdən doğan sualları bir kənara itələyən və oyun başladığında tək gözləntisi komandasının alacağı 3xal olan insanların izlədiyi bir oyundur…

Həmçinin oxuyun

Çempionlar Liqası: UEFA cavab oyunları ilə bağlı qərar verdi

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları neytral meydanda keçirilməyəcək. MediAktiv.az …