Cümə , May 14 2021
Home / İdman / Futzal üzrə Avropa çempionatının 15 iştirakçısı müəyyənləşdi

Futzal üzrə Avropa çempionatının 15 iştirakçısı müəyyənləşdi

2022-ci ildə Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin 16 iştirakçısından 15-i bəlli olub.

MEDİAKTİV.AZ-ın məlumatına görə, meydan sahibləri ilə yanaşı, 8 qrup birincisi və ən yaxşı göstəriciyə malik 6 qrup ikincisi turnirdə oynamaq hüququ qazanıb.

Bunlar Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna kollektivləridir.

Qrup qalibləri: Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya

İkinci yerin sahibləri: Finlandiya, Gürcüstan, Polşa, Slovakiya, Sloveniya, Ukrayna

Avropa çempionatına yollanacaq son komanda isə bu ilin noyabrında Serbiya və Belarus yığmaları arasındakı pley-off oyunlarından sonra bəlli olacaq. İlk görüş noyabrın 14-də, cavab matçı isə 17-də olacaq.

Qeyd edək ki, final mərhələsinin qarşılaşmaları 19 yanvar – 6 fevralda keçiriləcək.

Həmçinin oxuyun

2022-ci ilin “Dakar” ralli-marafonu keçiriləcək yer açıqlanıb

2022-ci ildə “Dakar” ralli-marafonu 2-14 yanvar tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək. MEDIAKTIV.AZ TASS-a istinadən xəbər verir ki, …