Cümə axşamı , Aprel 22 2021
Home / İdman / Hemilton “Formula 1” üzrə Macarıstan Qran-prisinin qalibi olub

Hemilton “Formula 1” üzrə Macarıstan Qran-prisinin qalibi olub

“Formula 1” üzrə Macarıstan Qran-prisində sonuncu yürüş keçirilib.

MediAktiv.az-ın məlumatına görə, dördüncü yürüşdə ən yaxşı nəticəni “Mercedes”in britaniyalı pilotu Lüis Hemilton göstərib.

O, bununla da “Formula 1” üzrə Macarıstan Qran-prisinin qalibi olub.

Yarışda ikinci yerə Niderland təmsilçisi “Red Bul”un pilotu Maks Ferstappen (+8,702) çıxıb. Üçüncü yeri “Mercedes”dən fin Valtteri Bottas (+9,452) tutub.

Bununla da Macarıstan Qran-prisinə yekun vurulub. 

Qeyd edək ki, “Formula 1” üzrə Macarıstan Qran-prisinə iyulun 17-də start verilmişdi. 

Həmçinin oxuyun

Avropa Superliqası fəaliyyətini dayandırdı – Bəyanat

Bir neçə gün 12 top klubun elan etdiyi Avropa Superliqası fəaliyyətini dayandırdığını bildirib. MEDIAKTIV.AZ-ın məlumatına …